Ukraynanın cənubundakı Xerson şəhərində cümə günündən etibarən 58 saatlıq komendant saatı elan edilib.
Sitat.info xəbər verir ki, Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib ki, cümə günündən Ukraynanın cənubundakı Xerson şəhərində 58 saatlıq komendant saatı tətbiq olunacaq.
Bundan əlavə, şəhərin giriş-çıxışlara bağlı olacağını ifadə edən Prokudin, bölgə sakinlərinin ehtiyaclarını ödəmək üçün evlərinin yaxınlığındakı mağazalara gedə biləcəklərini bildirib.
Qeyd edək ki, bu gün Rusiyanın Xersonda bazara təşkil etdiyi hücumda azı 3 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.
Seymur Bənnayev
Sitat.info