Xersonda komendant saatı elan ediləcək

19:37 3 May 2023

Ukraynanın cənubundakı Xerson şəhərində cümə günündən etibarən 58 saatlıq komendant saatı elan ediləcək.

Sitat.info /xəbər verir ki, bu barədə Xerson vilayətinin Hərbi Administrasiyası məlumat yayıb.

Bildirilib ki, şəhərin giriş-çıxışı həmin müddətdə bağlı olacaq.

Vurğulanıb ki, bölgə sakinləri ehtiyaclarını ödəmək üçün evlərinin yaxınlığındakı mağazalara gedə biləcəklər.

Qeyd edək ki, Rusiyanın Xersonda bazara təşkil etdiyi hücumda azı 3 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb./ Publika.az



Xəbər xətti