Rusiyanın Krasnodar diyarının Severski rayonunda İlski neft emalı zavodunun anbarı pilotsuz təyyarənin hücumundan sonra yanıb.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin regional fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilib ki, yanğına PUA-nın düşməsi səbəb olub:
“Naməlum pilotsuz təyyarənin hücumu nəticəsində Severski rayonunun İlski şəhər tipli qəsəbəsində “İlsky” neft emalı zavodunun çəni yanır”.
Qeyd edək ki, yanğından əvvəl İlski kəndində hadisə şahidləri üç partlayış səsi eşidiblər.