İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində bir evə basqın edərək 3 fələstinlini qətlə yetirib.
Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İsrail əsgərlərinin Nablusun Köhnə Şəhərdə bir evə basqın etməsi nəticəsində 3 nəfərin cəsədinin tapıldığını açıqlayıb.
Şahidlər həmçinin bildiriblər ki, İsrail qüvvələri İçərişəhərdə bir evi mühasirəyə alıb, partlayış və atışma səsləri eşidilib.
Əsgərlər çəkildikdən sonra sağlamlıq qrupları evə gəlib.
Seymur Bənnayev
Sitat.info