Rusiya ordusunun 24 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən Kiyevə hücum etdiyi bildirilib.
Sitat.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hava Komandanlığından verilən yazılı açıqlamada, Rusiya qüvvələrinin Ukraynanın müxtəlif bölgələrində PUA-larla hücumlar təşkil etdiyi bildirilib.
Hücumda ümumilikdə 24 "Şahed-136/131" PUA-dan istifadə edildiyi bildirilən açıqlamada Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 18 PUA-nın havada məhv edildiyi bildirilib.
Kiyev Hərbi İdarəsindən verilən yazılı açıqlamada, Rusiya ordusunun səhər saatlarında Kiyevə pilotsuz təyyarə ilə hücum etdiyi qeyd edilib.
Açıqlamada bildirilib ki, paytaxta doğru atılan bütün PUA-lar məhv edilib, PUA-nın hissələri Kiyevdəki yaşayış binasında aşkar edilib.
Seymur Bənnayev
Sitat.info