Xerson atəşə tutuldu, onlarla insan öldü - Zelenskidən paylaşım (FOTO)

12:15 4 May 2023

Xersonun atəşə tutulması nəticəsində 23 nəfər ölüb, 46 nəfər yaralanıb.

Sitat.info BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Xerson vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb.

Onun sözlərinə görə, xəsarət alanlar arasında iki uşaq da var.

Həmçinin Ukrayna dövlət başçısı Volodimir Zelenski Xersonun atəşə tutulmasından sonrakı görüntüləri paylaşıb.

Fotolarda marketdə, küçədə, dəmir yolu stansiyasında ölən mülki şəxslərin görüntüləri əks olunub.



Xəbər xətti