Rusiya: “Sui-qəsdin arxasında ABŞ dayanır”

14:10 4 May 2023

Kreml dünən Rusiya prezidenti Vladimir Putini hədəf aldığı iddia edilən pilotsuz təyyarə hücumlarının arxasında ABŞ-ın olduğunu iddia edib.

Sitat.info xəbər verir ki, Kremldən dünən verilən açıqlamada, Moskvada Kreml Sarayına pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinin edildiyi açıqlanıb və hücum Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd kimi qiymətləndirilib.

Açıqlamada Putinin hücum zamanı Kremldə olmadığı bildirilib: "Rusiya prezidenti Vladimir Putinə terror zamanı heç bir zərər dəyməyib. Onun işi proqrama uyğun olaraq davam edir. Bu hücum planlaşdırılan terror aktıdır. Bunu 9 May Qələbə Bayramı öncəsi və Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdi kimi qiymətləndiririk. Rusiya bu hücuma nə vaxt və harada uyğun görsə cavab vermək hüququnu özündə saxlayır".

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Kreml Sarayına pilotsuz təyyarə ilə hücumun arxasında Ukraynanın dayandığına dair iddialarını təsdiq edə bilmədiklərini və buna şübhə ilə yanaşdıqlarını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov, Kremlə edilən pilotsuz təyyarə hücumları ilə bağlı verdiyi açıqlamada: "Biz bilirik ki, bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev yalnız deyilənləri edir", - deyə qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti