Kremlə hücum zamanı Putinin reaksiyası

14:46 4 May 2023

 

Vladimir Putin ekstremal vəziyyətlərdə heç vaxt özünü itirmir.

Sitat.info xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının Kremlə hücuma reaksiyası ilə bağlı sualı cavablandırarkən deyib.

Sözçü izah edib ki, qeyri-adi vəziyyətdə Putin özünü sakit aparır, açıq-aydın əmrlər verir.

Həmçinin jurnalistlərlə söhbət zamanı Peskov prezident iqamətgahına hücumun hərtərəfli araşdırılmasının vacibliyini bildirib. O, istintaqın şərtlərini açıqlamayıb, bunun İstintaq Komitəsinin səlahiyyətində olduğunu bildirib./ Publika.az



Xəbər xətti