ABŞ-da sorğunun nəticələri: Trampla Bayden arasındakı fərq

10:00 8 May 2023

ABŞ-da keçirilən sorğuya əsasən, keçmiş ABŞ prezidenti Donald Tramp prezident Co Baydeni 4 pillə qabaqlayır. 

Sitat.info xəbər verir ki, bazar günü yayımlanan "Washington Post/ABC News" sorğusu Baydenin təsdiq nisbətinin 36 faizə düşdüyünü göstərir.

ABŞ prezidentinin fevral ayı üçün reytinqi 42 faiz idi.

Demokratlara meylli müstəqillərin 77 faizi isə 80 yaşlı Co Baydenin vəzifədən getməsini istəyir.

2024-cü il üçün keçirilən sorğuda səsvermə hüququ olan Amerikalıların 44 faizi Trampa “mütləq” və ya “yəqin ki” səs verəcəklərini, 38 faizi isə Baydeni “mütləq” və ya “ehtimal” dəstəkləyəcəklərini bildirib.

18 faiz vətəndaş isə qərarsız qalıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti