Fransada son 24 saatda 25 mindən çox ildırım çaxıb

10:17 8 May 2023

Fransada son 24 saat ərzində 25 mindən çox ildırım çaxması qeydə alınıb.

Sitat.info xəbər verir ki, Fransanın Keraunos Qasırğa və Fırtına Rəsədxanasının Twitter hesabından verilən məlumata görə, dünən günortadan sonra başlayan fırtınalı hava şəraiti zamanı son 24 saatda 25 mindən çox ildırım çaxması qeydə alınıb.

Belə ki, saatda orta hesabla 1041 dəfə ildırım çaxıb.

Fırtınalı hava şəraiti ilə əlaqədar ölkənin şərqində güclü dolu yağıb.

Digər tərəfdən ölkənin müxtəlif bölgələrində ildırım çaxma anlarını əks etdirən çoxlu görüntülər sosial mediada paylaşılıb.

Fransa mətbuatı həmçinin pis hava şəraiti səbəbiylə 69 bölgədə orta səviyyə olan narıncı həyəcan səviyyəsinə keçdiyini bildirib.

Fransa Meteorologiya İdarəsi cümə axşamı günü xəbərdarlıq edib ki, yaxın günlərdə ölkənin bir çox bölgələrində güclü tufanlar və yağıntılar olacaq.

Qeyd edək ki, ara-sıra yağış yağsa da, Fransa Avropanın ən quraq dövrü olan əsas ölkələri sırasındadır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti