Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyaya məxsus İran istehsalı olan 35 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
Sitat.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada dünən gecə ölkənin müxtəlif nöqtələrini hədəf alan İran istehsalı Rusiyaya məxsus 35 pilotsuz uçuş aparatının vurulduğu qeyd edilib.
Açıqlamada Rusiyanın ötən gecə Xarkov, Xerson, Mikolayiv və Odessa şəhərlərini hədəf alan 16 raket hücumu həyata keçirdiyi, Ukrayna qüvvələrinə və yaşayış məntəqələrinə isə 61 hava hücumu və 52 ağır raket hücumu təşkil edildiyi, ölən və yaralananların olduğu bildirilib.
Kiyev meri Vitali Kliçko paytaxt Kiyevdə azı 5 nəfərin yaralandığını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info