Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

14:00 8 May 2023

Özbəkistanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda Özbəkistan Prezidenti Şövkət Mirziyayev fərman imzalayıb.

Sitat.info xəbər verir ki, bu barədə Prezidentin Teleqram hesabında məlumat yayılıb.

“Yenilənmiş konstitusiyanın 128-ci maddəsi ilə ölkə prezidentinə verilən səlahiyyətlərdən istifadə edərək, mən ikinci mühüm fərman imzaladım. Buna əsasən, ölkəmizdə prezident seçkiləri vaxtından əvvəl keçiriləcək”, - prezident dövlət xadimləri ilə görüşündə bildirib.

Qeyd edək ki, bu, Özbəkistanda dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı konstitusiyaya dəyişiklik edildikdən sonra ilk prezident seçkiləri olacaq./Axar.az



Xəbər xətti