Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-da keçiriləcək.
Sitat.info xəbər verir ki, bu barədə dövlət başçısının internet saytında məlumat verilib.
Bundan əvvəl hazırkı prezident Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında fərman, habelə növbədənkənar prezident seçkilərinin keçirilməsinə icazə verən konstitusiya qanununu imzalayıb.