Rusiyada meşə yanğınlarının bir hissəsi nəzarət altına alınıb

16:01 8 May 2023

Rusiyanın cənub-qərbində bəzi meşə yanğınları nəzarət altına alınıb.

Sitat.info xəbər verir ki, Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Kurqan bölgəsindəki vəziyyəti havadan araşdırıb.

Rusiyanın cənub-qərb bölgəsində Kurqan, Tümen və Sverdlovsk vilayətlərini əhatə edən bəzi meşə yanğınları nəzarət altına alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi açıqlamada 9 fərqli nöqtədə baş verən yanğınlardan 6-nın nəzarət altına alındığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti