Ukraynada cəbhədə vuruşan rus muzdlu dəstəsi “Vaqner”in qurucusu Yevgeni Priqojin Rusiya ordusunun daha çox sursat dəstəyi verəcəyini açıqlamasının ardından Baxmutda əməliyyatları davam etdirəcəklərini açıqlayıb.
Sitat.info xəbər verir ki, "Vaqner"in qurucusu Yevgeni Priqojin yeni açıqlamasında bildirib ki, Rusiya ordusu cəbhədəki qoşunlara sursat dəstəyini artıracaq.
"Biz bu gecə döyüşmək əmri aldıq. Bizə hücumu davam etdirmək üçün lazım olan sursat və silah vəd edildi", - Priqojin bildirib.
İrəliləyişlərinin davam etdiyini və sursat gözlədiklərini qeyd edən Priqojin, "Vaqner"in də müharibənin bir parçası olduğunu xatırladıb və Rusiya ordusu ilə birgə əməliyyatların davam edəcəyini bildirib.
Baxmut şəhərindəki son vəziyyətlə bağlı məlumat verən Priqojin qeyd edib ki, bu gündən etibarən şəhər ərazisinin 95 faizi bizim nəzarətimizdədir. Qalan 5 faiz xüsusi hərbi əməliyyatlar üçün vacib deyil.
Qeyd edək ki, bir müddət əvvəl Priqojin Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahı sursat çatışmazlığına görə tənqid edərək, mayın 10-da kritik Baxmut nöqtəsindən geri çəkiləcəklərini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Seymur Bənnayev
Sitat.info