Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen sabah Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.
Sitat.info xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Erik Mamer deyib ki, fon der Leyen Zelenski ilə görüşmək üçün sabah Kiyevə səfər edəcək və Aİ-nin Ukraynaya dəstəyini təkrarlayacaq.
Səfərin 9 May "Avropa Günü"ndə reallaşacağına diqqət çəkən Mamer, Ukraynanın da bu ildən bu günü qeyd edəcəyi qərarını alqışladıqlarını açıqlayıb.
Mamer səfərin təfərrüatlarının təhlükəsizlik baxımından paylaşılmayacağını, Ukraynanın AB üzvlüyünün gündəmdə olduğunu qeyd edib.
Qeyd edək ki, Fon der Leyen sonuncu dəfə fevralın 2-də Aİ-Ukrayna Sammiti üçün Kiyevə səfər edib.
Müharibənin başlamasından 4 ay sonra, 23 iyun 2022-ci ildə “Aİ-yə namizəd” statusu verilən Ukraynanın qısa müddətdə üzv olacağı gözlənilmir.
Aİ rəsmiləri xatırladırlar ki, ölkə Aİ-yə üzv olmaq üçün Kopenhagen meyarlarına cavab verməlidir.
Seymur Bənnayev
Sitat.info