Səudiyyə Ərəbistanı: Sudandakı tərəflər Ciddədə danışıqlarını davam etdirir

21:40 8 May 2023

Səudiyyə Ərəbistanı Sudandakı tərəflərin "effektiv atəşkəs" əldə etmək üçün Ciddədə danışıqları davam etdirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatına görə, Səudiyyə Ərəbistanı və ABŞ Sudandakı tərəfləri effektiv atəşkəsə nail olmaq, genişləndirilmiş danışıqlar üçün vaxt cədvəli yaratmaq və təcili humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün səy göstərməyə çağırıb.

Bəyanatda deyilir ki, Ciddədə keçirilən danışıqlar zamanı Sudan tərəfləri “xalqın əzabını yüngülləşdirmək, əsas xidmətlərin bərpası məqsədi ilə humanitar yardımın çatdırılması üçün təhlükəsizlik razılaşmasının əldə edilməsi üzrə öhdəliklərini təsdiqləyiblər”.

Sudan ordusu və Çevik Dəstək Qüvvələrinin (ÇDQ) nümayəndələrinin mayın 6-da ilkin danışıqlara başladığını xatırladan açıqlamaya görə, mayın 7-də davam edən danışıqlar yaxın günlərdə də davam etdiriləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti