Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyənin Xartumdakı səfiri İsmayıl Çobanoğlunun da olduğu diplomatik avtomobili hədəf alan hücumu pisləyib.
Sitat.info xəbər verir ki, diplomatik konvoyun hədəf alınması ilə bağlı BMT sözçünün müavini Fərhan Haq: "Həftssonu Türkiyə diplomatik karvanına edilən hücum da daxil olmaqla diplomatik personala qarşı hər cür hücumu qınayırıq", - deyə bildirib.
Haq bildirib ki, bu cür hücumlar hərtərəfli araşdırılmalıdır.
Seymur Bənnayev
Sitat.info