Putin: "Qərb nasistləri kimin məğlub etdiyini unutdu"

11:59 9 May 2023

“Qərb nasistləri kimin məğlub etdiyini unudub”, - Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə günü mərasimindəki çıxışında deyib.

Sitat.info xəbər verir ki, Putin "Qələbə Günü" münasibətilə Moskvanın Qızıl Meydanında açıqlamalar verib.

Qərb elitasının nifrət və “rusofobiya” toxumu səpdiyini deyən Rusiya lideri sülh yolu ilə gələcək görmək istədiklərini bildirib.

Sovet əsgərlərinin abidələrinin dağıdıldığını, yerinə nasist mədəniyyətinin yaradıldığını iddia edən Putin bildirib: “Qərb nasistləri kimin məğlub etdiyini unutdu”.

Vladimir Putin ABŞ, İngiltərə və Çinin İkinci Dünya Müharibəsində oynadığı rolu xatırladıqlarını vurğulayıb.

“Dünya Rusiyaya qarşı başlayan müharibədə dönüş nöqtəsindədir”, - deyən Rusiya prezidenti qələbəyə çağırışı edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti