İsrailin Qəzzaya endirdiyi aviazərbələr nəticəsində 13 fələstinli ölüb, 20-si yaralanıb.
Sitat.info xəbər verir ki, İsrailin bu gecə Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 13 fələstinlinin həlak olduğu, 20 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin hava hücumlarını davam etdirəcəyi bildirilərkən, Qəzzada olan israillilərə təhlükəsiz bölgələrə hərəkət etmələri barədə xəbərdarlıq edilib. İsrailin Qəzza yaxınlığındakı Laçiş və Beerşeba şəhərlərində məktəblərin bağlandığı da bildirilib.
Seymur Bənnayev
Sitat.info