İran Türkiyə ilə ortaq azad ticarət zonası yaratdılacağını elan edib

12:58 9 May 2023

“Son bir neçə ay ərzində ekspertlərimiz tez-tez həmsöhbətləri ilə onlayn müzakirələr aparıblar”, - bəyanatda deyilir.

Sitat.info xəbər verir ki, İran Azad və Xüsusi İqtisadi Zonaları Ali Şurasının katibi Hüccətullah Əbdülmələki İran və Türkiyə arasında ortaq azad ticarət zonasının yaradılacağını bəyan edib.

Əbdülmələki, paytaxt Tehranda keçirilən İran İxrac Sərgisində (İRAN EXPO 2023) keçirdiyi mətbuat konfransında ortaq azad ticarət zonasının yaradılması üçün 18 ölkə ilə görüşlər keçirdiklərini qeyd edib. Bu mövzuda Türkiyə ilə də danışıqlar apardıqlarını bildirən Əbdülmələki: “Son bir neçə ayda ekspertlərimiz tez-tez həmsöhbətləri ilə onlayn danışıqlar aparıblar”, - deyə qeyd edib. 

Birgə azad ticarət zonasının yaradılması ilə bağlı anlaşma memorandumu hazırlandığını qeyd edən Əbdülmələki, sözügedən müqavilənin bir-iki aya imzalanacağını bildirib.

Əbdülmələki ötən aylarda Türkiyə ilə parlament səviyyəsində müsbət görüşlər keçirdiklərini, Türkiyədə iki azad ticarət zonasına da getdiklərini bildirib. Qarşılıqlı təcrübə mübadiləsi yolu ilə yaxşı əməkdaşlıq etməyi hədəflədiklərini ifadə edən Əndülmələki, azad ticarət zonasının yaxşı idarə olunması üçün lazım olan texnologiyanın transferinə diqqət yetirdiklərini ifadə edib. Əbdülmələki memorandumun imzalanmasını gözlədiklərini və imzalandıqdan sonra hüquqi, texniki və coğrafi məsələləri həll edərək azad ticarət zonasının fəaliyyətinə başlayacaqlarını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti