Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan ilə telefon danışığı aparıb.
Sitat.info xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, görüş zamanı Sudandakı hadisələr müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Sudanda "qardaş" döyüşündə ölən və yaralananların artması ilə bağlı kədər və narahatlığını dilə gətirib.
Hərtərəfli danışıqlara başlamaq qərarı alınarsa, danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını qeyd edən prezident Ərdoğan, Sudan xalqının təcili humanitar ehtiyaclarının qarşılanması üçün Birləşmiş Millətlər Təşkilatı ilə təmasda səylərini davam etdirəcəklərini ifadə edib.
Görüş zamanı Sudandakı Türkiyə vətəndaşlarının təxliyəsi və təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə olunub.
Seymur Bənnayev
Sitat.info