Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da Moskvada Rusiya, İran və Suriya xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün Rusiyaya səfər edəcək.
Sitat.info xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib;
“Cənab nazir mayın 10-da Moskvada Rusiya Federasiyası, İran və Suriya xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün 9-10 may 2023-cü il tarixlərində Rusiya Federasiyasına səfər edəcək.
Görüşdə Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsinin aparılması, humanitar, o cümlədən terrorla mübarizə, siyasi proseslər, sığınacaq axtaranların könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıtması kimi məsələlərin müzakirəsi planlaşdırılır.
Çavuşoğlunun görüş çərçivəsində ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur”.
Seymur Bənnayev
Sitat.info