ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”

17:35 9 May 2023

Sudanda ordu ilə xüsusi təyinatlıların silahlı qarşıdurmaları nəticəsində 604 nəfər ölüb, 5 mindən çox insan yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Sudan Həkimləri Sindikatının məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölən mülki vətəndaşların sayı 487 nəfərə yüksəlib, 2 612 nəfər yaralanıb.

Əsas toqquşmalar Sudanın paytaxtı Xartumda gedir./ Report



Xəbər xətti