Almaniyanın xarici işlər naziri Annalena Berbok Pekinə Rusiyaya qarşı sanksiyaları pozmamaq üçün xəbərdarlıq edib.
Sitat.info xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Çinin xarici işlər naziri Çin Qanq ilə birgə mətbuat konfransı keçirib.
Həm mülki, həm də döyüş texnikası kimi istifadə edilə bilən malların Çin tərəfindən Rusiyaya tədarük edilməməsi lazım olduğunu vurğulayan Berbok, Almaniya hökumətinin Çindən "şirkətlərinə lazımi təsir göstərməsini" gözlədiyini bildirib.
Hazırda Brüsseldə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirə edildiyini qeyd edən Berbok, bu sanksiyalara zərbə vurmamağın vacibliyini vurğulayıb.
Seymur Bənnayev
Sitat.info