Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları nəzarətə götürülmə qərarından sonra etiraz etmək üçün küçələrə axışıblar.
Sitat.info xəbər verir ki, keçmiş baş nazir İmran Xanın Pakistanda korrupsiya ittihamı ilə həbsindən sonra ölkədə gərginlik artıb. Pakistanın Lahor şəhərindəki Xan tərəfdarları Xanın “əl-Qadir Trust” (rüşvətxorluq) ilə bağlı iş üzrə həbsinə etiraz etməyə çağırıblar. Çağırış zamanı İmran Xanın tərəfdarları küçələrə axışıb.
Aksiyalar zamanı 20 nəfərin saxlanıldığı bildirilərkən, etirazların keçirildiyi Lahorda yollar nəqliyyata bağlanıb. Pakistanın Kəraçidə şəhərində küçələrə çıxan Xan tərəfdarlarının əsas yolu bağladıqları bildirilib.
Seymur Bənnayev
Sitat.info