Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada canlı yayımda açıqlama verib.
Sitat.info xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Adanada canlı yayımda açıqlama verir.
Ərdoğanın açıqlamalarından başlıqlar belədir:
“Zəlzələ bölgəsində 650 min yeni ev tikəcəyik”
- Zəlzələdə dağılmış şəhərlərimizin hər birinə dəfələrlə baş çəkmişəm. Dağıntının qalıqlarını tamamilə çıxarmışıq və 100 min konteynerin quraşdırılmasını başa çatdırmışıq. 142 min yaşayış evinin və kənd evinin tikintisinə başladıq, 59 min evin təməlini qoyduq. Zəlzələ bölgəsində 650 min yeni ev tikəcəyik və 1 ildə 310 mini təhvil verəcəyik. Müxalifət şəhər transformasiyasını nə başa düşür, nə də qəbul edir. Amma biz gələcəyimizə hazırlaşırıq.
Tələbələr üçün "kvota" açıqlaması
- Zəlzələ zonasında olan tələbələr üçün universitetlərimizdə 25 faiz ayrıca kvota ayıracağıq. Onlar topladıqları bal və üstünlük sırasına uyğun olaraq ayrılmış kvotaya yerləşdiriləcəklər.
“Əvvəlcə PKK və FETÖ-yə necə güvəndiyinin hesabını ver”
- Ölkəmizdə 21 ildə hər şeyi dəyişdik, bircə müxalifət qaldı. Onlara öyrədə bilmədik ki, yalanla, böhtanla, hədə-qorxu ilə, xaos tacirlərinə qarşı çıxmaq olmaz. Hər seçkidən əvvəl olduğu kimi, 14 may ərəfəsi də yollarından azdılar. Onların təkəbbürü zirvədədir. Vəzifələri bölüşdürürlər. Əvvəlcə PKK və FETÖ-yə necə arxalandığınızın hesabını verin. Əvvəlcə qurduğunuz qumar masasına ölkənin hansı maraqlarını qoyduğunuzu izah edin. Bu CHP, İYİ Parti, HDP LGBT tərəfdarıdır? LGBT AK Partiya, MHP və Xalq Alyansına sıza bilərmi? Fərq budur. Əgər "kişi" olmağı bilmirsinizsə gəin bura, Adanalı qardaşlarım sizə göstərsin.
Seymur Bənnayev
Sitat.info