Polşa polisi müxtəlif şəhərlərdə eyni vaxtda təşkil etdiyi əməliyyatda bazar dəyəri 51 milyon avro olan 5,8 ton narkotik maddə ələ keçirib. Əməliyyat çərçivəsində 13 nəfər saxlanılıb.
Sitat.info xəbər verir ki, Polşa polisi Böyük Polşa, Swietokrzyskie və Kuyavia-Pomerania bölgələrində 3 sintetik narkotik laboratoriyası və anbarına basqın edib.
Laboratoriyalarda "3-CMC", "4-CMC" sintetik katinonlar adlanan psixoaktiv maddələrin istehsal olunduğu müəyyən edilib.
Polis narkotik vasitələrin istehsalında istifadə olunan dərman vasitələri və maşınları ələ keçirərkən, müəyyən ünvanlardakı anbarlarda aparılan axtarışlar zamanı sirr, klefendron, mephedrone, amfetamin, kokain və buraxılmağa hazır "MDMA" həbləri kimi narkotik vasitələr ələ keçirilib.
Əməliyyat çərçivəsində saxlanılan 13 nəfər Poznan Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokurorluğu tərəfindən həbs olunmaları üçün məhkəməyə göndərilib. Saxlanılanların sayının arta biləcəyi bildirilib.
Seymur Bənnayev
Sitat.info