Rusiya özünü belə müdafiə etdi: "Əsl qurban Rusiyadır"

11:34 10 May 2023

Ukraynanı qismən işğal edərək Avropanın ortasında müharibəyə səbəb olan Rusiya lideri Putin qələbə günü çıxışında: “Əsl qurban Rusiyadır. Ölkəmizin gələcəyi Ukraynadakı əsgərlərimizin əlindədir", - deyib.

Sitat.info xəbər verir ki, Rusiyanın paytaxtı Moskvanın məşhur Qırmızı Meydanında İkinci Dünya Müharibəsinin bitməsinin 78-ci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib: “Əsl qurban Rusiyadır. Qərb bizə müharibə elan edib. Amma biz bu müharibədə də qalib gələcəyik”.

Hərbi paradla əlaqədar Qırmızı Meydan ətrafında görünməmiş təhlükəsizlik tədbirləri alınıb. Rəsmi və mülki geyimli polislər küçə və prospektlərdə patrul xidməti həyata keçirinlər. Meydana yaxınlaşanda mobil telefonların işləmədiyi müşahidə edilib. Hərbi parada yalnız möhtərəm qonaqlar buraxılsa da, sadə insanların Qızıl Meydana yaxınlaşmasına belə icazə verilməyib.

Mərasimdə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri iştirak ediblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti