İranda 3 nəfərə edam hökmü verilib

12:04 10 May 2023

İranda "Məhsa Əmini" nümayişləri zamanı İsfahan vilayətində 3 mühafizəçinin öldürüldüyü hadisədə günahkar bilinən və edam cəzasına məhkum edilən 3 müttəhimin qərarı Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.

Sitat.info xəbər verir ki, İranda yayımlanan “İscanews” xəbər agentliyinin məlumatına görə, İsfahan şəhərində təhlükəsizlik qüvvələrinə hücumun səbəbkarı olduqları iddiası ilə edam cəzasına məhkum edilən Salih Mirhaşimi, Məcid Kazimi və Səid Yakubinin etiraz müraciəti Ali Məhkəmə tərəfindən rədd edilib.

Ali Apellyasiya Məhkəməsi 3 mühafizəçinin qətli ilə bağlı İnqilab Məhkəməsinin 3 müttəhim barəsində çıxardığı edam hökmünü qüvvədə saxlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti