Ötən il Ukraynanın qalib gəldiyi, lakin bu il müharibə səbəbindən İngiltərənin ev sahibliyi etdiyi "Eurovision" Mahnı Müsabiqəsinin finalında mübarizə aparacaq ilk 10 finalçı bəlli olub.
Sitat.info xəbər verir ki, bu il 67-ci dəfə keçirilən Böyük Britaniyanın ev sahibliyi etdiyi beynəlxalq musiqi yarışması "Eurovision"un ilk yarımfinalı ötən gecə baş tutub.
Bu il 37 ölkənin çempionluq uğrunda mübarizə aparacağı “Eurovision”da finala çıxan ilk 16 ölkə bəlli olub.
Finala çıxan ölkələr Norveç, İsveç, Finlandiya, Serbiya, Moldova, Portuqaliya, İsrail, Çexiya, Xorvatiya və İsveçrə olub.
Seymur Bənnayev
Sitat.info