Ukraynadan iddia: "Rusiya Zelenskini aradan qaldırmağa cəhd edə bilər"

12:53 10 May 2023

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiyanın Ukrayna prezidenti Volodimir Zelenskini neytrallaşdırmağa çalışacağını iddia edib.

Sitat.info xəbər verir ki, Kuleba Almaniyanın “Bild” qəzetinə Zelenskiyə qarşı sui-qəsd iddiaları ilə bağlı deyib: “Əgər rusların prezident Zelenskini öldürmək imkanı olsa, mütləq buna cəhd edəcəklər”.

Kuleba Zelenskinin öldürülməsinə çağırış edən Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevə də cavab verib: "Medvedev Telegram-a girməzdən əvvəl daha az içki içməlidir. Bu barədə deyə biləcəyim tək şey budur. Hesab edirəm ki, onun haqqında şərh verməyə dəyməz".

Almaniyanın Ukraynaya silah və sursat dəstəyi verdiyini qeyd edən Kuleba qeyd edib ki, taktiki olaraq, əlbəttə ki, müharibədə qalib gəlmək üçün daha çox silaha ehtiyacımız var. Xüsusilə uzun məsafələr üçün artilleriya sursatına ehtiyacımız var. Zirehli maşınlara, hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var. Bunların hamısı Almaniyada mövcuddur və bizə təslim edir. Almaniya daha çoxunu təmin edə bilər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti