Putindən Gürcüstanla bağlı mühüm qərarlar

14:08 10 May 2023

Rusiya Gürcüstanla viza rejimini ləğv edib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.

Prezidentin digər sərəncamı ilə Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qoyulan qadağalar da aradan qaldırılıb./ Axar.az



Xəbər xətti