Fransa Senatı "influencer"lərin fəaliyyətinə nəzarət etmək üçün qanun layihəsini qəbul edib.
Sitat.info xəbər verir ki, Fransa parlamentinin ikinci palatası olan Senat sosial mediada "influencer"lərin kommersiya fəaliyyətlərinə nəzarəti nəzərdə tutan qanun layihəsini qəbul edib.
Kommersiya "influencer"lərin fəaliyyətinə hüquqi tərif gətirən qanun layihəsi Senatda yekdilliklə qəbul edilib. Qanun layihəsi ikinci dəfə parlamentdə müzakirəyə çıxarılacaq.
Martın 30-da Fransa parlamentinin digər qanadı olan Milli Assambleya "influencer"lərin fəaliyyətinə nəzarəti nəzərdə tutan qanun layihəsini yekdilliklə təsdiqləyib. Qanun layihəsi "influencer"lərə spirtli içki və plastik cərrahiyyəni reklam etməyi qadağan edir.
Fransada "influencer"lərin sayının 150 min olduğu təxmin edilir.
Seymur Bənnayev
Sitat.info