Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və Gürcüstana turpaketlərin satışı və birbaşa uçuşlarla bağlı qadağanın ləğv edilməsi haqqında fərman imzalayıb.
Sitat.info xəbər verir ki, Moskva administrasiyası 2019-cu ildə anti-Rusiya etirazları səbəbindən Gürcüstana tətbiq etdiyi qadağaları ləğv edib.
Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza tətbiqinin ləğvi, Gürcüstana birbaşa uçuşlar və tur paketlərinin satışına qoyulan qadağalara son qoyulması haqqında fərman imzalayıb.
Kremlin İnformasiya Portalında dərc olunan fərmana əsasən, Gürcüstan vətəndaşlarının təhsil və iş istisna olmaqla, Rusiyaya səfərləri üçün viza tələb olunmayacaq. Gürcüstan vətəndaşları təhsil və biznes məqsədləri üçün Rusiya ərazisində 90 gündən artıq qalmaq üçün viza almalı olacaqlar.
Seymur Bənnayev
Sitat.info