Rusiya XİN rəsmisi həmsöhbətim ola bilməz - Paşinyan

19:29 24 May 2023

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi mənim həmsöhbətim ola bilməz, həmsöhbətlərim Rusiya Federasiyasının prezidenti və baş naziridir.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya XİN rəsmisi Mariya Zaxarovanın KTMT ilə bağlı verdiyi şərhə cavab olaraq bildirib.

"Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, o, sadəcə onları nəzərə ala bilər", - Paşinyan qeyd edib.



Xəbər xətti