Ankarada diplomatik fəallıq: Çinin xarici işlər naziri Türkiyəyə gəlir

15:05 26 İyul 2023

Türkiyə hazırda sıx diplomatik trafikin mərkəzində oturur. Dünən Fələstin prezidenti Mahmud Abbası qəbul edən Ankara bu gün Çinin yeni xarici işlər naziri Vanqı qəbul edəcək. Putinin səfəri üçün də gözlər Kremldədir. Prezident Ərdoğanın dəvətini qəbul edən Putinin Türkiyəyə səfəri ilə bağlı Rusiyadan yeni açıqlama gəlib. 


Türkiyə Ukrayna müharibəsində vasitəçi rolu və NATO sammitində atdığı addımlarla diqqət çəkməyə davam edərkən, Ankara sıx diplomatik trafikə ev sahibliyi edir.

Dünən Fələstin dövlət başçısı Mahmud Abbası qəbul edən prezident Ərdoğanın “Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin qurulmalıdır” mesajı xüsusilə ərəb bölgəsində rezonans doğurub.

Məscidül-Əqsa hücumlarını "qırmızı xətt" olaraq xarakterizə edən Ərdoğan, Mahmud Abbasla görüşündə Türkiyənin Fələstin davasını "ən güclü şəkildə" dəstəklədiyini deyib. 

Ərdoğanın  iyulun 28-də isə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcəyi də açıqlanıb. Kardiostimulyatoru olan Netanyahunun Ankara səfəri səhhətinə görə təxirə salınıb.

****

Bu gün Ankara Çinin yeni xarici işlər naziri Vanq İni qəbul edəcək.

Çinin yeni təyin olunmuş xarici işlər naziri Vanq Yi vəzifəyə başladıqdan sonra 48 saat ərzində Türkiyəyə gələcək.

Bu, Vanqın 2021-ci ildən bəri Çinli bir rəsmi tərəfindən Türkiyəyə ən yüksək səviyyəli səfəri kimi diqqət çəkir.

Hakan Fidanla görüşəcək Vanqın daha sonra prezident Ərdoğanla da görüşə biləcəyi bildirilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin xarici siyasət üzrə baş müşaviri Yuri Uşakov Putinin Türkiyəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Prezident seçkilərində qələbə qazandıqdan sonra Putin prezident Ərdoğana zəng edərək telefonla təbrik edib, prezident Ərdoğan isə Putini Türkiyəyə dəvət edib. Görüşün təfərrüatları ilə bağlı tərəflərin verdiyi açıqlamada Putinin bu dəvəti qəbul etdiyi bildirilib.

Uşakov deyib ki, Putinin Türkiyəyə səfəri hər iki ölkənin planlarında var, lakin hələlik dəqiq tarix razılaşdırılmayıb.

Putinin Ərdoğanın prezident seçkilərindəki qələbəsindən dərhal sonra Türkiyəyə gələcəyinə söz verdiyini xatırladan Uşakov, iki lider arasında keçirilən görüşlərdə taxıl müqaviləsi məsələsinin gündəmə gəlib-gəlməyəcəyi sualına bu məsələyə toxunmağın “təbii” olduğunu bildirib.

Putinin Çinə səfəri planlaşdırdığını qeyd edən Uşakov oktyabr ayına işarə edib.

Nərgiz,

Sitat.info 



Xəbər xətti