İranda son aksiyalarda həbs edilənlərin sayı açıqlandı

15:25 18 Sentyabr 2023

16 və 17 sentyabr tarixlərində İranda yenidən başlayan etiraz aksiyalarında 270 nəfər həbs edilib.

Sitat.info xəbər verir ki, bu barədə İranın “Şərq” qəzeti məlumat yayıb.

Qəzet bunun rəsmi statistika olduğunu, saxlanılanların sayının göstəriləndən daha çox olduğunu qeyd edib.

Qeyd edək ki, sentyabrın 16 və 17-də - Məhsa Əmininin öldürülməsinin ildönümündə İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilib.



Xəbər xətti