Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin açılması məsələsi tamamilə rəsmi İrəvanın atacağı addımlardan asılıdır.
Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
“Görüşlərin keçirildiyi prosesin özünə gəlincə, İrəvanın konstruktiv, səmimi və sülhyönümlü yanaşmasını gördükdən sonra növbəti addımlar barədə danışmaq mümkün olacaq. Başa düşmək lazımdır ki, regionda yeni vəziyyət yaranıb və əməkdaşlıq üçün geniş imkanlar var. Əgər belə bir yanaşma olarsa, düşünürəm ki, sərhəd məsələsinə qədər bu prosesdə konkret irəliləyiş görəcəyik”, - mənbə bildirib.