Güneyli fəal Təbriz həbsxanasına köçürüldü

16:45 29 Sentyabr 2023

 

Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı sentyabrın 28-də Təbriz həbsxanasına köçürülüb.

Sitat.info xəbər verir ki, bu barədə onun ailəsi bildirib.

Fəalın 500 milyon tümən (15 min AZN) girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmasına razılıq verilsə də, o azad edilməyib.

Xatırladaq ki, mədəni fəal sentyabrın 9-u səhər saatlarında Sofyan şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbrizin təhlükəsizlik təcridxanasına köçürülüb. Onun nədə ittiham edildiyi ilə bağlı məlumat verilmir.



Xəbər xətti