Təbrizdə zəlzələ oldu

10:26 9 Oktyabr 2023

Bu gün yerli vaxtla saat 08:58 (Bakı vaxtilə 09:28) radələrində Təbrizin yaxınlığında yerləşən Üskü şəhərində zəlzələ olub.

Sitat.com xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

3,9 bal gücündə olan zəlzələnin episentrinin yerin 5 kilometr dərinliyində qeydə alındığı bildirilir.

Yeraltı təkənların Təbriz və başqa bir neçə şəhərdə hiss olunduğu qeyd edilib.



Xəbər xətti