Şərqi Azərbaycanda binada partlayış oldu

15:00 11 Oktyabr 2023

Bu gün səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Binab şəhərində yaşayış binasında partlayış olub.

Sitat.info xəbər verir ki, bu barədə əyalətin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat yayıb.

O, partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb.

“Yaralılardan ikisinin vəziyyəti ağır olduğu üçün onlar Təbrizin Sina xəstəxanasına köçürülüblər”, - Şadiniya bildirib.



Xəbər xətti