Qarabağ separatçılarının “nümayəndəliyi”nə basqın - Video

12:15 20 Oktyabr 2023

İrəvanda vətəndaşlar etiraz aksiyasından sonra Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyi”nin binasına daxil olublar.

Sitat.info xəbər verir ki, bu barədə Teleqram kanallarında paylaşım edilib.

Onlar Qarabağın qondarma qurumlarının işçilərinə maaşların verilməsinin dayandırılmasına etiraz ediblər.

Binada Qarabağ separatçıların sonuncu lideri Samvel Şahramanyanın da olduğu bildirilir.

Etirazçıların S.Şahramanyanla görüş tələb etdiyi vurğulanır.



Xəbər xətti