Tanınmış jurnalistdən İsrailə sərt etiraz: "Kimsə bu faşist, sionist zehniyyətə "dur" deməlidir"

22:36 6 Noyabr 2023

"Dünyada Uşaq Xəstəxanası və Ruhi Sağlamlıq Xəstəxanasını bombalayan neçə dövlət tanıyırsınız? Əminəm ki, vicdanlı insanların tək bir cavabı olacaq. Bunu yalnız sionist İsrail edə bilər. Bəli, İsrail bu gün Qəzzada Uşaq Xəstəxanası və Ruhi Sağlamlıq Xəstəxanasını bombalayıb".

Sitat.info xəbər verir ki, bu sözləri Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli deyib.

O vurğulayıb ki, bunun adı qətliam deyil, soyqırımdır: "İsrail bütün fələstinliləri dünyanın gözü önündə öldürmək istəyir. Hətta müharibənin belə öz qaydaları var. Uşaq xəstəxanasını, ruhi xəstələr üçün xəstəxananı vurmaq olmaz. Amma İsrail bir terror dövləti olduğu üçün, baş qatil ABŞ-dan da aldığı dəstəklə bu qaydaları  tanımır. BMT-nin rəsmi açıqlamasına görə, 31 gün ərzində Qəzzada 4104 fələstinli uşaq qətlə yetirilib. Bu bəzilərinə görə sadəcə bir statistikadır. Amma uşaq ölür, can gedir... Təkcə dünən Qəzzada Anadolu Agentliyi operatorunun 4 kiçik yaşlı uşağı qətlə yetirilib. Bu bir statistika olmamalıdır. Axı dinindən, irqindən aslı olmayaraq biz hamımız insanıq".

Jurnalist vurğulayır ki, Netanyahu uşaq, qadın ölümlərinə bəraət qazandırmaq üçün təhrif olunmuş 5-ci "Tövrat"dan dəlil gətirir: "Axı Uca Allah uşaq və qadınları öldürməyi əmr etmir. Heç bir səmavi dində bu ola bilməz. Kimsə bu faşist, sionist zehniyyətə "dur" deməlidir. Yetdi artıq!!!".

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti