Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzada mülki əhalinin,xüsusən də uşaqların qətlə yetirilməsinə etiraz edib.
Sitat.info xəbər verir ki, Quterreş Qəzzanın uşaqlar üçün qəbirisranlığa çevrildiyini bildirib: "İsrail Müdafiə Qüvvələri quru əməliyyatları və davam edən bombardmanlarla mülki əhaliyə, xəstəxanalara, qaçqın düşərgələrinə, məscidlərə, kilsələrə və BMT obyektlərinə, o cümlədən sığınacaqlara zərbələr endirir. Qəzza bölgəsində heç kim təhlükəsizlinkdə deyil. Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilir."
Quterreş BMT tarixində heç bir münaqişədə bu qədər əməkdaşlarının öldürülmədiyini bildirdi: "Hər gün yüzlərlə qız və oğlanın öldürüldüyü və ya yaralandığı bildirilir. Təşkilatımızın tarixində heç vaxt olmadığı qədər çox Birləşmiş Millətlər Təşkilatı əməkdaşı öldürülməyib. Yanacaq olmadan, küveyslərdə yeni doğulmuş körpələr və həyatı aparatlardan asılı olan xəstələr öləcək".
Nərgiz,
Sitat.info