Fransa Qəzzaya ilə bağlı konfrans keçirir: Fələstin rəhbərliyi gələcək, İsrail dəvət edilməyəcək

23:10 6 Noyabr 2023

 Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə noyabrın 9-da Fransanın paytaxtı Parisdə Qəzza zolağına humanitar yardım mövzusunda beynəlxalq konfransın keçirilək.

Sitat.info xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu barədə deyilir. 

Açıqlamada, sözügedən konfransın fələstinlilərə humanitar yardımla bağlı dövlətlər və qeyri-hökumət təşkilatları da daxil olmaqla, əsas aktorları səfərbər edəcəyi bildirilib.

Bəyanatda deyilir ki, konfransda “beynəlxalq humanitar hüquqa riayət olunmasını təşviq etmək, mülki şəxslərin və humanitar personalın müdafiəsi və humanitar yardıma çıxışın gücləndirilməsi üzrə fəaliyyətlər”, “sağlamlıq, su, enerji və qida sahələrində beynəlxalq humanitar müdaxilə” , sahədə fəaliyyət göstərən beynəlxalq qurum və təşkilatlara dəstək" mövzuları müzakirə olunacaq.

 Bildirilib ki,  üç əsas bənd üzərində dayanılacaq. İsrail tərəfi konfransa dəvət edilməyəcək.  Konfransa kimlərin qatılacağı  hələ ki, məlum deyil. Konfransın dövlət və hökumət başçıları və xarici işlər nazirləri səviyyəsində baş tutacağı gözlənilir. Diplomatik mənbələr konfransda Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqası da daxil olmaqla beynəlxalq təşkilatların, Qəzza zolağında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da iştirak edəcəyini bildiriblər. Diplomatik qaynaqlar İsrailin sözügedən konfransa dəvət edilməyəcəyini bildirərək, Fələstin rəhbərliyinin konfransa qatılacağını açıqlayıb.

Məğrur, 

Sitat.info



Xəbər xətti