İrandan atəşkəs bəyanatı - "ABŞ bizə mesaj göndərdi"

23:27 6 Noyabr 2023

Dünyanın gözü Qəzzada ikən, İran ABŞ-ın onlara İsrail və Fələstin arasında atəşkəs istədikləri ilə bağlı mesaj verdiyini açıqlayıb.
Sitat.info xəıbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

O bildirib ki, ABŞ başqa bir ölkə vasitəsilə bizə atəşkəs istədiyi mesajını verdi: "Bununla belə, əməldə Qəzzada soyqırım və müharibə cinayətlərini dəstəkləyirlər".

 Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında "3 gün əvvəl ABŞ başqa bir ölkə vasitəsilə bizə atəşkəs istədiyi mesajını verdi. Lakin əməldə Qəzzada soyqırım və müharibə cinayətlərini dəstəkləyirlər"- deyib.
ABŞ dövlət katibi Blinkenin İraqa səfərini dəyərləndirən Abdullahiyan, Blinkenin paytaxt Bağdadda polad jiletlə görünməsini tənqid edib: "Bu, ABŞ-ın bölgədəki real rolunu göstərir. ABŞ-ın bölgədəki siyasətindən əl çəkməsini gözləyirik. Qısa müddətdə işğalçı rejimə dəstəyi dayandıracağına ümid edirik". 

Nərgiz,

Sitat.info



Xəbər xətti