ABŞ prezidenti Co Bayden və baş nazir Benyamin Netanyahu İsrailin HƏMAS-la müharibəsində humanitar fasilələrin mümkünlüyünü müzakirə ediblər.
Sitat.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi brifinq zamanı bildirib.
ABŞ hesab edir ki, bu cür fasilələr mülki şəxslərin Qəzzada daha təhlükəsiz ərazilərə çatmasına kömək edəcək, humanitar yardımın ehtiyacı olan mülki şəxslərə çatmasını təmin edəcək və potensial girovların azad edilməsinə imkan verəcək -Kirbi bildirib.
Kibri bildirib ki, ABŞ özünü bu müzakirələrin başında hesab edir və lokal fasilələri dəstəkləyir. Ancaq ABŞ daimi atəşkəsin tərəfdarı deyil və hesab edir ki, bu hərəkət HƏMAS-ın xeyrinə olacaq.
Kibri əlavə edib ki, ABŞ İsraillə bu məsələ ilə bağlı razılığa gəlməzdən əvvəl, Tel-Əvivin Qəzzaya hər hansı yardıma icazə verməkdən imtina edirdi. ABŞ-ın ciddi təzyiqindən sonra Misirdən gələn yardımı buraxdı.
Nərgiz,
Sitat.info