Oktyabrın 7-də Yaxın Şərqdə müharibənin başlamasından sonra İsrail Qəzza zolağına 35 min ton partlayıcı atıb.
Sitat.info xəbər verir ki, bu sözləri Həmas Siyasi Bürosunun üzvü Usamə Həmdan Beyrutda keçirdiyi mətbuat konfransında deyib.
Əl-Cəzirə telekanalı Həmdandan sitat gətirib: "İşğalçılar Qəzza zolağına 35 min ton partlayıcı atıblar ki, bu da nüvə bombasının istifadəsindən çoxdur".
Həmdan həmçinin vurğulayıb ki, İsrail hökumətinin naziri Amixai Eliyahunun Qəzza zolağında nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı bəyanatı işğalçıların nüvə bombasına malik olduğunu açıq şəkildə etirafıdır.
Qeyd edək ki, noyabrın 5-də telekanalların birində aparıcının "Qəzza zolağına nüvə bombasının atılıb-atılmaması" ilə bağlı sualına cavab olaraq israilli nazir Eliyahu bildirdi ki, “bu, ehtimallardan biridir. Atom bombası məcazidir, lakin İsrail terrorizmə mütləq güclü və qeyri-mütənasib cavab verməlidir”.
Məğrur,
Sitat.info