Tiflisin Bakıya xəyanəti: Fransa Gürcüstanı necə ələ aldı?

15:38 13 Noyabr 2023

"Fransanın Ermənistana satdığı hərbi texnikanın iki yolla – Gürcüstan və ya İran üzərindən Ermənistana çatdırılması mümkün idi. Paris Tehranla bu məsələdə sövdələşməyə getmək istəmədi".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O  bildirib ki,  Paris Gürcüstan hakimiyyətinin razılığını almaq üçün çalışmalı idi və bunu da etdi: "Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olsa da, Fransanın təzyiqi və şantajı qarşısında hərbi texnikanın öz ərazisindən keçidinə şərait yaradıb. Görünür, Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib. Yəni deyiblər ki, “Avropa İttifaqının üzvü olmaq və Fransanın dəstəyini almaq istəyirsənsə hərbi texnikanın keçidinə şərait yaratmalısan”. Tiflisdə düşünüblər ki, hərbi texnikanın keçidinə şərait yaratmaq Parisə “yox” cavabından daha faydalıdır. Halbuki, Gürcüstanın Ermənistana hədiyyəsini gərək unutmayaq".

Ayna,

Sitat.info



Xəbər xətti